Press "Enter" to skip to content

Region Gənclərinin II Sahibkarlıq Forumu başlayıb

Son yeniləmə: 30 Noyabr 2021 18:18

Bayraqdar.info – “Brave Heart” Region Gənclərinin II Sahibkarlıq Forumunun açılış mərasimi keçirilib.

Bu barədə bayraqdar.info-ya noyabrın 30-da “Odlar Yurdu” Gənclər İctimai Birliyindən məlumat verilib.

Qeyd edilib ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Beləliklə, “Nizami Gəncəvi İli”nə həsr olunan Forumun açılış mərasimi noyabrın 26-da Gəncə Dövlət Filarmoniyasında baş tutub. Forumu giriş sözü ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova açıb.

Sonra Azərbaycan Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Milli Məclisinin deputatları Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədr müavini Ülvi Abasbəyli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə üzrə KOB Dostu Anar Əliyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev çıxış edib.

Forumda Gənc MÜSİAD-ın rəhbəri Yunus Furkan Akbalın gənclərə müraciəti də dinlənilib.

Çıxışların ardınca Panel müzakirələri başlayıb. 2 hissədən ibarət olan Panel müzakirələrin ilk hissəsində Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının baş katibi Kristina Məmmədova, MÜSİAD Azərbaycanın İdarə heyətinin üzvü Alim Şentürk, “Kapital Bank” ASC-nin Gəncə Filialının müdiri Vüqar Paşayev və satış üzrə təlimçi, konsultant Altay Ali spiker qismində çıxış edib.

Panel müzakirələrinin 2-ci hissəsinin spikerleri arasında Milli Məclisinin deputatı Müşfiq Cəfərov, “Qafqaz Konsaltinq” Şirkətlər qrupunun qurucusu və direktoru Nigar Atabəyli, Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev də yer alıb.

Məlumat üçün o da bildirilib ki, “Brave Heart” Region Gənclərinin Sahibkarlıq Forumu ənənəvi xarakter daşıyır: “İlk dəfə 2019-cu ildə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Gəncə şəhərində keçirilib. Forumun keçirilməsində məqsəd region gənclərinin sahibkarlıq fəaliyyətinə cəlb olunması, həvəsləndirilməsi, onların investisiya layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar haqqında məlumatlandırılması, öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə sahiblənmələrinə və özünüməşğulluqlarının təmin edilməsinə şərait yaratmaqdır”.

Mission News Theme by Compete Themes.