Press "Enter" to skip to content

“Titrəmə” və “Anya” beynəlxalq festivalda

"Titrəmə" filmi

Son yeniləmə: 7 Dekabr 2021 21:34

Bayraqdar.info – Türkiyənin İstanbul şəhərində 9-cu Beynəlxalq İpəkyolu Film Mükafatları təqdim olunub. Bu il mükafat üçün müxtəlif ölkələrdən 3 min 89 film ilə rekord sayda müraciət qəbul olunub.

Mükafatlandırmanın final mərhələsinə Azərbaycandan 2 film –  Amil Amalın “Titrəmə” qısametrajlı bədii və Lətif Lətifsoyun “Anya” qısametrajlı sənədli filmləri keçib.

Bu barədə bayraqdar.info-ya dekabrın 7-də Mədəniyyət Nazirliyindən xəbər verilib.

“Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Türkiyə Sinema Televizyon Eserleri Sahibleri Meslek Birliğinin (SETEM) təşkilatçılığıı ilə keçirilən mükafatlandırma mərasimi dekabrın 6-da İstanbulda baş tutub. Rejissor A.Amalın “Titrəmə” filmi beynəlxalq qısametrajlı bədii film kateqoriyasında “ən yaxşı film” mükafatına layiq görülüb.

“Film bir ayağını mina partlayışı zamanı itirmiş əsgər barəsindədir. Ayağını itirən əsgər bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur. “Titrəmə” Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunub.

“L.Lətifsoyun “Anya” filmi isə beynəlxalq qısametrajlı sənədli film kateqoriyasında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

“Filmdə vaxtilə kənddə rus dili və ədəbiyyatı müəllimi olan yaşlı Anyanın həyatından epizodlar təqdim edilir, onun düşüncə və xəyallarndan bəhs olunur. Film budan əvvəl 38-ci Fəcr Beynəlxalq Film Festivalının “Eastern Vista” bölməsində iştirak edib. Məlumat üçün bildirək ki, L.Lətifsoy “Azərbaycanfilm” kinostudiyasının PR meneceri vəzifəsini həyata keçirir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.