Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində yayda keçirilməsi nəzərdə tutulan yerli seçkilər təxirə salına bilər. Bunu Ulusal Birlik Partiyasının millət vəkili Ünal Üstel deyib.
Belə ki, KTV kanalında yayımlanan “Objektiv” adlı proqramda Erçin Şahmaranın suallarını cavablandıran Ü.Üstel UBP genel başqanı Faiz Sucuoğlunun təklifini dəstəkləyib.
Bununla bağlı məlumatda deyilir ki, proqramda F.Sucuoğlunun “yerli seşkilərin təxirə salınması” ilə bağlı təklifinə diqqət çəkən millət vəkili deyib: “Başqa partiyalar da namizədlırini müəyyən etdi, çalışmalara başladı. Doğrusu seçkilər təxirə salınmalıdır. Bir seçkidən təzə çıxmışıq, hələ yeni hökumət qurulmayıb. 30 iyunda seçki olacağı təqdirdə yenə qadağalar başlayacaq. Ölkənin artıq yeni qanunlarla nəfəs alması lazımdır. Ölkə iqtisadiyyatını hərəkət gəriməyimiz lazımdı”.





