Press "Enter" to skip to content

Bakıda dünyanın ən hündür bayraq dirəyi quraşdırılacaq

Son yeniləmə: 12 Fevral 2022 17:34

Türkiyənin “Çimtaş” şirkəti tərəfindən

Bayraqdar.info – Küləkləri şəhəri kimi tanınan Baklda dünyanın ən hüdür bayraq dirəyi quraşdırılacaq. Bu dirək qardaş Türkiyənin “Çimtaş” şirkəti tərəfindən quraşdırılacaq.

Bu barədə Formen Dergisi məlumat yayıb.

Məlumatda deyilir ki, ENKA-nın törəmə şirkəti olan “Çimtaş” tərəfindən quraşdırılacaq bayraq dirəyi şəhərin güclü küləklər nəzərə alınmaqla dizayn və mühəndislik işləri ilə də diqqət çəkəcək.

Özülündən yuxarısında qədər diametri 5,7 m-dən 2 m-ə qədər dəyişən dirək, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq.

2021-ci ilin sentyabrında istehsalına başlanan və daxili hissələrlə təchiz edilmiş dirək seqmentlərinin 2022-ci ilin aprel ayında “Çimtaş” tərəfindən Volqa-Don kanalından Xəzər dənizinə daşınması planlaşdırılır. Tamamlandıqdan sonra dirəyin ümumi uzunluğu 191 m olacaq.

Mission News Theme by Compete Themes.