Press "Enter" to skip to content

“Sizin qayğınız bayram sevinci olsun” aksiyası

Son yeniləmə: 22 Fevral 2022 18:18

Bayraqdar.info – Azərbaycanda “Sizin qayğınız bayram sevinci olsun” aksiyası həyata keçirilir. Aksiya “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı çərçivəsində keçirlir.

Bu barədə bayraqdar.info-ya ASAN xidmətdən məlumat veirlib.

Bildirilib ki, Əhmədli qəsəbəsi, 20 Yanvar və Koroğlu metro stansiyalarının yaxınlığında yerləşən “BRAVO” hipermarketlərində yerləşən “ASAN Məktub” stendlərində ehtiyacı olan uşaqların arzuları yer alıb.

Baharın gəlməsi münasibətilə qeyd edilən Novruz bayramının ilk çərşənbəsi olan su çərşənbəsi günü, 22 fevral tarixindən başlayan aksiyamız 1 ay ərzində davam edəcək. Novruz bayramı ərəfəsində hədəf 1000 uşağın arzusunu reallaşdırmaqdır.

“ASAN Məktub” sosial proqramı çərçivəsində 6 il ərzində 30-dan artıq bölgədə 6700-dən çox uşağın arzusu reallaşdırılıb.

Mission News Theme by Compete Themes.