Bayraqdar.info – Batı Trakya türkləri bu günlər anlamlı bir aksiyaya başlayıblar. Belə ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün Selanikdə anadan olduğu evdən götürülən torpaq Samsuna aparılır.
Birlik Gazetesi xəbər verir ki, Batı Trakya bölgəsindən, Yunanınstanın Gümülcine şəhərindən yola çıxan velosipedçiler qrupu anlamlı bir mesaj da veriblər: “19 Mayısı Samsunda qeyd etmək üçün yola çıxdıq. Bu addımı Gümülcine gənclərinə örnək olmaq üçün atırıq. Atamıızn evindən götürdüyümüz torpağı Samsuna apaprırıq”.
Aksiyanın təşəbbüskarları, Rodop Bisiklet ve Doğa Sporları Dərnəyinin (ROBİS) üzvü olan 3 velosipedçi artıq Edirneyə çatıb.





