Press "Enter" to skip to content

Şuşa ilə bağlı daha bir virtual sərgi

Son yeniləmə: 11 İyun 2022 10:50

Bayraqdar.info – M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Şuşa İli” münasibətilə “Şuşa zərgərlik məmulatları” adlı virtual sərgi açılıb.

Bu barədə bayraqdar.info-ya Kitabxanadan məlumat verilib.

Bildirilib ki, bildirilib ki, virtual sərgidə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərinin sənətkarlarının hazırladığı zərgərlik nümunələri, onların təsnifatı, haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb: “Şuşa xalqımızın varlığını özündə yaşadan tarixi, mədəniyyət abidələri, o cümlədən sənətkarlıq nümunələri – onun tərkib hissəsi olan zərgərlik məmulatları ilə də zəngindir. XVIII əsrdən başlayaraq Şuşada daha rəvan inkişaf etmiş sənət sahələrindən biri də zərgərlik olub. XX əsrin əvvəllərində isə bu sənət öz inkişafında ən yüksək zirvəyə çatıb. Həmin dövrdə, Şuşada zərgərliyin qəlibkarlıq üsulu daha geniş yayılmışdı. Şuşa zərgərləri yüksək əyarlı qızıl və gümüşdən müxtəlif məmulatlar hazırlanmasına daha çox üstünlük verirdilər. Şuşa zərgərləri özlərinin gözəl əl işləri ilə Azərbaycanı xarici dövlətlərdə tanıtmışlar”.

Qeyd olunub ki, virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

Mission News Theme by Compete Themes.