Press "Enter" to skip to content

Turan döyüş sənətçiləri güclərini sınadı – VİDEO

Yarışmaçıların xatirə şəkli

Son yeniləmə: 13 İyun 2022 19:48

Bayraqdar.info – 11-12 iyun 2022-ci ildə Türkiyənin Bursa şəhərində Alpaqut Turan Döyüş Sənəti üzrə Dünya Kuboku keçirilmişdir.

Xəbəri iyunun 13-də bayraqdar.info-ya Alpaqut Turan Döyüş Sistemlərinin yaradıcısı Kutsan Bayat verib.

İki gün keçən mötəbər yarışda Yəmən, İordaniya, İraq, Gürcüstan, Misir, Kuzey Kıbrıs Türk Cümhuriyyəti, Türkiyə, Azərbaycan, İran, Rumıniya, Rusiya, Qırgızıstan, Qazaxıstan idmançılarından ibarət komandalar güclərini sınayıb.

400-dən artıq idmançının qatıldığı Dünya Kubokunda

Ayça sistemi üzrə:

1. Türkiyə
2. Azərbaycan
3. İran

Batur sistemi üzrə:

1. Azərbaycan
2. İraq
3. Qırgızıstan

Caymaz sistemi üzrə:

1. Türkiyə
2. İraq
3. Misir

Qurşaq sistemi üzrə:

1. Türkiyə
2. Azərbaycan
3. İran

komandaları güclərini sınayıb.

Ümumi komanda hesabı üzrə 1-ci yeri Türkiyə, 2-ci yeri Azərbaycan və 3-cü yeri İraq idmançıları tutub.

Yarış TRT, SANAT TV, Anadolu Ajansı, A Gazete ve B Gazete tərəfindən işıqlandırılıb.

Qeyd edək ki, yarışın keçirilməsinə Bursa Böyük Şəhər Bələdiyyəsi, Bursa Spor Genel Müdürlüyü, Ata Sporları Federasyonu dəstək verib.

Yarış Dünya Alpaqut Federasiyasının və Turkiyə Turan Alpaqut Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Mission News Theme by Compete Themes.