Press "Enter" to skip to content

Anadolu Universitetində məzuniyyət törənləri – ÖZƏL

Məzuniyyət törənləri coşqulu anlarla yadda qalıb

Son yeniləmə: 14 İyun 2022 15:12

Prof. Dr. Fuat Erdal: Bu gün tələbələrimlə bərabər eyni sevinci və xoşbəxtliyi yaşayıram

Bayraqdar.info – Qardaş Türkiyənin Eskişehir şəhərində fəaliyyət göstərən Anadolu Universiteti bu günlər növbəti məzunlarını yola salıb. İyunun 12-də 2021-2022-ci tədris ilinin məzuniyyət törəni keçirilib.

Bu barədə bayraqdar.info-ya özəl olaraq Anadolu Universitetinin Haber ve Medya İlişkileri Koordinatorluğundan məlumat verilib.

Məlumatda qeyd edilib ki, Eskişehir Teknik Universitetinin Qapalı Spor Salonunda keçirilən mərasimdə Universitetin Hüquq fakültəsi, Eskişehir Meslek Yüksekokulu, Əczacılık fakültəsi, Engelliler Entegre Yüksekokulu, Ədəbiyyat fakültəsi, Sağlık Bilimleri fakültəsi, Turizm fakültəsi, Eğitim fakültəsi məzunları məzuniyyət sevinci yaşayıb: “Mərasimə rektor Prof. Dr. Fuat Erdal, rektor yardımçıları Prof. Dr. İbrahim Kaya, Prof. Dr. Betül Demir, Prof. Dr. Süleyman Sözen, Prof. Dr. Ali Resul Usül, Prof. Dr. Fatih Temizel, Hüquq fakültəsi dekanı Prof. Dr. Recai Dönmez, Əczaçılıq fakültəsi dekanı Prof. Dr. Bülent Ergün, Ədəbiyyat fakültəsi dekanı Prof. Dr. Mehmet Erol Altınsapan, Turizm fakültəsi dekanı Prof. Dr. Oktay Emir, Eğitim fakültəsi dekan vəkili Prof. Dr. Erkan Dinç, Sağlık Bilimleri fakültəsi dekan vekili Prof. Dr. İlknur Maviş, Eskişehir Meslek Yüksekokulu müdiri Prof. Dr. Salim Şengel, Engelliler Entegre Yüksekokulu müdiri Prof. Dr. Hasan Gürgür, müəllimlər və tələbələrin ailələri qatılıb”.

Məlumata əsasən çıxış edən Prof. Dr. Fuat Erdal “bu gün tələbələrimlə bərabər eyni sevinci və xoşbəxtliyi yaşayıram” deyə bildirib.

Prof. Dr. Fuat Erdal: 13 ildir Azərbaycanda uzaqdan təhsil xidmətlərimiz davam edir – ÖZƏL

Rektor daha sonra deyib: “Universitetimiz yarandığı gündən tədqiqatın, təhsilin və elmi dəyərlərin mənimsənilməsinin vacibliyini dərk etmişdir. Universitet dünyanın, ölkəmizin, çağımızın ehtiyaclarını dərk edərək alovlanan təhsil odunu tələbələrimizlə bölüşür.

Rektor Prof.  Dr. Fuat Erdal məzunlar arasında

Tələbələrimizin məzun olduqları bütün fakültə və kolleclər ölkəmizdə böyük nüfuza malikdir. Anadolu Universitetinin ixtisaslı və müasir təhsil yanaşmasını həyata keçirən bu fakültə və kolleclər həm Türkiyədə, həm də dünyada yüksək prestijli mövqedədir”.

Mərasim fakültə birincilərinin çıxışları və onlara xüsusi mükafatların təqdim edilməsi ilə davam edib.

Çıxışlardan sonra müəllimlər məzunlara ali təhsili başa vurduqları haqında sənədləri təqdim ediblər. Məzunların keplərini havaya atması ilə mərasim başa çatıb.

Zəfər Günü ilə bağlı Anadolu Universitetindən anlamlı qərar

Yeri gəlmişkən, Anadolu Universiteti açıq öyrətim sahəsində də ciddi uğurlar qazanıb. Bu sahədə 40 illik böyük təcrübəyə sahib olan Universitetin hazırda 30-a yaxın ölkədə bu sistem üzrə tələbələri var.

Onu da qeyd edək ki, iyunun 11-də Anadolu Universitetində 2021-2022-ci tədris ili üzrə Açıq Öyrətim Sistemi məzunlarının törəni keçirilib. Prof. Dr. Fuat Erdal başda olmaqla universitet rəhbərliyinin, müvafiq fakültə dekanlarının, həmçinin İnönü kaymakamı Rümeysa Sena Kurt, Seyitgazi kaymakamı Kutsal Baytak, o cümlədən müəllimlərin və tələbə valideynlərinin qatıdlığı mərasim coşqulu anlarla yadda qalıb.

Anadolu Universitetinin Azərbaycan Proqramlarına böyük maraq

Mərasimdə çıxış edən rektor Prof. Dr. Fuat Erdal Açıq Öyrətim Sisteminin təkcə Türkiyədə deyil, dünyada da böyük nüfuza malik olduğunu deyib.

Hüquq fakültəsinin məzunları
Hüquq fakültəsinin məzunları
Mission News Theme by Compete Themes.