Press "Enter" to skip to content

Mevlüt Çavuşoğlunun görüşündən sonra bomba həyəcanı

Serbiya Xarici İşlər Nazirliyinin binası

Son yeniləmə: 17 İyun 2022 15:05

Bayraqdar.info – Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Balkan ölkələrinə səfər çıxıb. Səfər çərçivəsində Serbiyada keçirilən görüşdən sonra bomba həyəcanı yaşanıb.

Anadolu Ajansına istinad edən Balkan News xəbər verir ki, M.Çavuşoğlunun serb həmkarı Nikola Selakoviçlə görüşündən sonra mətbuat konfransı keçirilib.

Mətbuat konfransı başa çatan kimi Serbiya Xarici İşlər Nazirliyinin binasına bomba qoyulduğuna dair məlumat əldə edilib. Buna görə də bina dərhal boşaldılıb.

Qeyd edilir ki, ümumiyyətlə son vaxtılar Serbiya ilə yanaşı Bosniya və Herseqovinada da bu cür olaqlar baş verib.

Mission News Theme by Compete Themes.