Press "Enter" to skip to content

Mehteran Birliyi Bosniya və Herseqovinada

Son yeniləmə: 24 İyun 2022 15:06

Bayraqdar.info – Türkiyənin Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi Bosniya və Herseqovinaya səfər edib. Səfər zamanı paytaxt Sarayevoda konsert verilib.

Balkan News xəbər verir ki, paytaxtdakı tarixi Başçarşı Meydanında təşkil edilən konsertdə yerli əhali ilə yanaşı xarici turistlər tərəfindən də maraqla qarşılanıb. Konsertə tamaşa edənlər arasında Türkiyənin Sarayevodakı səfiri Sadık Babür Girgin də olub.

O da qeyd edilib ki, Mehteran Birliyi bosniyalıların İslam dinini qəbul etməsinin ən mühüm simvollarından olan Akhisarlı Ayvaz Dedenin xatirəsinə həsr edilən və bu il 512-cisi keçiriləcək Ayvaz Dede şənliklərində iştirak üçün Sarayevoya gəlib. Birlik Mostar və Zenicada da konsert verəcək.

Mission News Theme by Compete Themes.