Press "Enter" to skip to content

Ersin Tatar əcnəbi məzunlarla bir arada

Ersin Tatar əcnəbi məzunlarla bir arada

Son yeniləmə: 29 İyun 2022 16:05

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar bu ölkədə ali təhsil alan əcnəbi tələbələrlə görüşüb.

Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.

Bildirilib ki, E.Tatar Kıbrıs Uluslararası Öğrenci Derneyinin (CISA) 14-cü məzuniyyət törəninə qatılıb. Törəndə çıxış edən E.Tatar “Dünyanın müxtəlif coğrafiyalarından təhsil almaq üçün KKTC-yə gələn tələbələrin buradakı tələbələrlə öz mədəniyyətlərini bölüşməsi sevindirici haldır”, – deyə bildirib.

KKTC Cümhurbaşqanı əcnəbi məzunlarla söhbət edib, onlara ali təhsili başa vurmaları haqqında sertifikatı təqdim edib.

Mission News Theme by Compete Themes.