Press "Enter" to skip to content

Bir həftə Novruz, dörd gün də Ramazan bayramı

Novruz tonqalı

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, Nazirlər Kabineti Azərbaycanda Novruz, Ramazan və Qurban bayramlarının qeyd ediləcəyi günləri açıqlayıb. Maraqlıdır ki, bu bayramlar üçün elan edilən tətil göstərilən günlərdən daha artıq sürəcək.

NK-nın qərarına görə, Novruz bayramı martın 20-də başlayıb 24-də bitir. Yəni tam beş gün. Lakin bu beş günün hamısı iş günləri ilə üst-üstə düşməklə yanaşı ardından həftə sonu – martın 25-26-sı gəlir. Bu günlər isə şənbə və bazardır. Yəni Novruz bayramında tam bir həftə istirahət olacaq ki, bu da səyahət etmək, daha uzaq yerlərdə dincəlmək istəyənlər üçün əlavə fürsətdir.

Aprelin 21-22-sinə tuş gələn Ramazan bayramı da bərabərində əlavə istirahət günləri gətirəcək və yəqin ki, NK həmin günlərlə bağlı əlavə qərar verəcək. Çünki aprelin 22-si qeyri-iş gününə – şənbəyə düşür. Bir qayda olaraq da belə günlər iş günüylə əvəz edilir. O baxımdan aprelin 22-sinin ardından bazar günü gəlir və iş günü olan bazar ertəsi də bu bayram günlərinə əlavə ediləcək. Nəticədə Ramazan bayramı üçün düz dörd gün tətil olacaq.

İyunun 28-29-na düşən Qurban bayramı ilə bağlı isə belə bir imkan olan deyil. Çünki bu bayramın günləri çərşənbə və cümə axşamı günlərinə düşür ki, o da həftənin tam ortasıdır.

Mission News Theme by Compete Themes.