BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü münasibətilə onun Fəxri Xiyabandakı məzarını ziyarət edib.
Xəbəri dekabrın 12-də Prezidentin Mətbuat xidməti yayıb.
İ.Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub, ardından da Azərbaycanın Dövlət Himni səsləndirilib.

“Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.
“Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü”, – deyə xəbərdə bildirilir.





