Press "Enter" to skip to content

Rusiya Prezidenti İlham Əliyevə zəng edib

Vladimir Putin və İlham Əliyev

BAYRAQDAR MEDİA – Dekabrın 12-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Xəbəri Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

“Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib. Dövlət başçıları gələcək təmaslar barədə də fikir mübadiləsi aparıblar”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.