Press "Enter" to skip to content

İraqda türkmənlərə qarşı siyasət davam edir

Hasan Turan

Son yeniləmə: 16 Yanvar 2023 18:14

BAYRAQDAR MEDİA – Kərkükdə 16 Yanvar Türkmən Şəhidləri Günü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə İraq Türkmən Cəbhəsinin (İTC) sədri Hasan Turan ilə yanaşı, bir çox rəsmi şəxslər və sadə vətəndaşları iştirak edib.

Türkmeneli TV xəbər verir ki, H.Turan çıxışında türkmənlərə qarşı törədilən qətliamları, türkmənlərin əlindən alınan torpaqları, türkmən şəhərlərində həyata keçirilən demoqrafik dəyişiklikləri və İraqda türkmən kimliyinə göz yumma siyasətini xüsusi vurğulayıb.

O, həmçinin türkmənlərin türk dünyasının İraqdakı varlığını ifadə etdiyini bildirib. Dünyanın yarısından çoxunu idarə edən türklərin 1920-ci illərdə bu coğrafiyadan çəkilməsindən sonra problemlərin bitmədiyini vurğulayan H.Turan, 2003-cü ildən sonra da türkmənlərin yox sayma siyasətinin davam etdiyini deyib.

Türkmənlərin İraqın birlik və həmrəyliyini dəstəklədiyini ifadə edən H.Turan, İraqın parçalanmaması üçün türkmənlərə haqqlarının verilməsini və türkmənlərin müdafiə edilməsinin vacibliyini vurğulayıb.

Anım mərasiminin davamında iştirakçılar Musalla qəbiristanlığında şəhid Nejdət Koçakın məzarı üzərinə əklillər qoyublar.

Mission News Theme by Compete Themes.