Press "Enter" to skip to content

Şəlalə soyuqdan donub

75 metr hündürlükdən aşağı tökülən Susuz şəlaləsi donub

Son yeniləmə: 18 Yanvar 2023 16:21

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin bəzi yerlərində şaxtalı hava hökm sürür. Karsdakı soyuq, şaxtalı hava isə bir neçə gün öncə 75 metr hündürlükdən aşağı tökülən Susuz şəlaləsinin donmasına səbəb olub.

Kars Manşet xəbər verir ki, Kars-Ardahan avtomobil yolunun üzərində yerləşən, yerli əhalinin “Su uçan” adlandırdığı şəlalə soyuqdan öz payını alıb: “Havanın temperaturunun mənfi 19 dərəcə olduğu bu yerdə həddindən artıq soyuq gurultulu şəlaləni qismən dondurub”.

Soyuq havanın yaxın günlərdə də təsirini davam etdirəcəyi bildirilib.

Mission News Theme by Compete Themes.