Press "Enter" to skip to content

Uyğur alimdən xəbər yoxdur

Prof. Dr. İlham Tohti

Son yeniləmə: 18 Yanvar 2023 14:49

BAYRAQDAR MEDİA – Çinin Doğu Türküstandakı zülmü davam edir. Bu zülmün qurbanlarından biri də məşhur uyğur türk hüquq müdafiəçisi və ziyalı Prof. Dr. İlham Tohtidir.

Kırım Haber Ajansının məlumatına görə, o, 9 il əvvəl, 2014-cü il yanvarın 15-də saxlanılıb: “Daha sonra saxta məhkəmə qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. Çinin Doğu Türküstanda zalım və totalitar siyasətinə qarşı çıxdığı üçün həbsə atılan İlham Tohtini dünya ictimaiyyəti heç vaxt unutmayıb. İ.Tohti son doqquz il ərzində 10-dan çox beynəlxalq insan hüquqları və azadlıq mükafatı ilə təltif edilib.

Qızı Cevher İlham atası ilə sonuncu dəfə 2017-ci ildə görüşdüklərini, bu səbəbdən onun sağ olub-olmadığını belə bilmədiklərini ifadə edib.

Mission News Theme by Compete Themes.