Press "Enter" to skip to content

Fevraldan 100 min nəfərin pensiya məbləği artırılır

Millət vəkili Vüqar Bayramov

BAYRAQDAR MEDİA – Yanvarın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə olundu və plenar iclasa tövsiyə edildi. Dəyişikliyə əsasən, fevral ayından minimum pensiya məbləği 280 manata çatdırılacaq. Artım 2023-cü ildə həyata keçirilən sosial paketin tərkib hissəsidir.

Bu fikirləri Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov özünün sosial media hesabında paylaşıb.

Deputat daha sonra qeyd edib ki, “minimum pensiya məbləğinin artırılması 100 mindən çox vətəndaşı əhatə edəcək. Artıq gələn aydan pensiya yaşı tamam olanlar ən azı 280 manat ilə pensiyaya çıxacaqlar. Əvvəllər bu rəqəm 240 manat idi. Digər tərəfdən, 2006-ci il yanvarın 1-dən 2018-ci ilin iyulunadək hətta bir manat pensiya kapitalı olanlar da minimum pensiya almaq hüququna malik olacaqlar. Yəni əgər vətəndaşın 25 il iş ştajı yoxdursa və onun yığımları çox deyilsə, o da pensiya ala biləcək. Pensiya amnistiyası növbəti 3 ili əhatə edəcək. Yeni dəyişiklik eyni zamanda indeksasiya nəticəsində pensiyaları artacaq, amma minimum məbləğ səviyyəsinə çatmayan vətəndaşları da əhatə edəcək. Bütövlükdə gələn aydan 280 manatdan az pensiya ödənilməyəcək. Bu, həmçinin, orta pensiya məbləğinə də təsir edəcək. Orta pensiyada da artım olacaq”.

Mission News Theme by Compete Themes.