Press "Enter" to skip to content

115 gün sonra qurulan hökumət

Yeni hökumət üzvləri

Son yeniləmə: 26 Yanvar 2023 15:56

BAYRAQDAR MEDİABosniya və Herseqovinada 2 oktyabr 2022-ci ildə keçirilən ümumi seçkidən düz 115 gün sonra dövlət səviyyəsində hökumət quruldu.

Bu barədə Balkan News məlumat yayıb.

Bildirilib ki, Bosniya və Herseqovina Nümayəndələr Palatasında keçirilən etimad səsverməsində Borjana Kristonun rəhbərlik etdiyi yeni nazirlər şurası 23 deputatın dəstəyini alıb, 19 deputat isə əleyhinə səs verib.
Məlumata əsasən, yeni hökuməti Serb partiyası Müstəqil Sosial Demokratlar Birliyi (SNSD), Xorvatiya partiyası Xorvatiya Demokrat Birliyi (HDZ) və Sosial Demokrat Partiyasının (SDP) rəhbərlik etdiyi ittifaq çətiri altında toplaşan partiyalar təşkil edib: “Etimad səsverməsindən sonra parlamentdə yeni nazirlərin andiçmə mərasimi keçirilib. 2 noyabr 2022-ci il tarixində Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyası (CIK) oktyabrın 2-də keçirilmiş ümumi seçkinin rəsmi nəticələrini açıqlayıb. HDZ, SNSD və Bosniyanın ən böyük partiyası olan Demokratik Fəaliyyət Partiyası (SDA) ölkə səviyyəsində ən çox səs toplasa da, SDA dövlət səviyyəsində formalaşan hökumətdə iştirak etməyib”.

Mission News Theme by Compete Themes.