Press "Enter" to skip to content

Abdullah Öztoprakın qeyri-adi səhnəsi

Abdullah Öztoprak

Son yeniləmə: 6 Fevral 2023 15:56

BAYRAQDAR MEDİA – KKTC-nin tanınmış modelyeri Abdullah Öztoprak bu dəfə fərqli şou ilə tamaşaçıların qarşısına çıxacaq.

Bu barədə Kibris Türk məlumat yayıb.

Məlumata əsasən, A.Öztoprakın “tək adamlıq səhnə şousu” olaraq xarakterizə etdiyi bu layihə “Parçalarımı qıran mənəm” adlanır.

Qeyd edilib ki, sərgidə A.Öztoprakın heykəlləri, bəstələri, sözləri və vokalları da yer alacaq: “A.Öztoprak səhnəsini Alayköy Mütəşəkkil Sənaye Sahəsində Meta Alüminium adlı alüminium fabrikində hazırlatdırıb. Xüsusi səhnə effektləri və animasiyalar üçün Türkiyədən səhnə, işıqlandırma dizaynerləri və qrim dizaynerləri də iştirak ediblər. İzdihamlı texniki heyət gecə üçün maraqlı səhnə hazırlayıb”.

Mission News Theme by Compete Themes.