Press "Enter" to skip to content

Texnoloji imkanlar Ukraynanın gələcəyi üçün vacibdir

Haluk Bayraktar

Son yeniləmə: 6 Fevral 2023 16:22

BAYRAQDAR MEDİA – Ukraynanın ən böyük televiziya kanalı 1+1 Ukraynanın Rusiyaya təcavüzünə qarşı müqavimətinin simvoluna çevrilən Bayraktar SİHA-lar haqqında “Bayraktar: Əfsanəvi Qanadlar” adlı sənədli film nümayiş etdirib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumatda deyilir ki, jurnalistə müsahibədə Haluk Bayraktar və Selçuk Bayraktar Ukraynada inşası gözlənilən Bayraktar fabriki üçün hazır olduqları mesajını veriblər: “Yanvarın 28-də yayımlanan sənədli filmdə ukraynalı jurnalist Natalya Moseyçuk və komandası, “Baykar Teknoloji”nin baş direktoru Haluk Bayraktar və “Baykar Teknoloji” İdarə Heyətinin sədri Selçuk Bayraktardan xüsusi müsahibələr alıb. Sənədli filmdə “Baykar”ın inkişaf hekayəsi, Bayraktar TB2 SİHA-ların inkişaf mərhələləri və Ukraynaya verilən dəstək müzakirə edilib”.

Məlumata görə, ukraynalı jurnalist H.Bayraktardan Ukraynada tikintisi planlaşdırılan Bayraktar TB2 fabriki ilə bağlı son vəziyyəti soruşub. H.Bayraktar bu suala belə cavab verib: “Bayraktar TB2-nin, Bayraktar AKINCI-nın bütün texnoloji alt sistemləri ilə orada istehsalına icazə alınıb. Bu, həqiqətən vacibdir. Planlarımızı bunun üzərində qurduq, başladıq və indi, açıq-aydın, memarlıq layihələri tamamlandı. Amma təbii ki, bu çox çətin vəziyyətə görə, elektrik enerjisinin kəsilməsi və bilirsiniz, təhlükəsizlik problemləri var. Bu, nəhayət, strateji sahədir. Belə texnoloji imkanlar yalnız bu gün, yaşanan çətinlik üçün deyil. Bu, həm də Ukraynanın gələcəyi üçün lazımdır. Buna görə də onları qorumaq vacibdir”.

Mission News Theme by Compete Themes.