Press "Enter" to skip to content

14-cü yardım maşını Türkiyəyə yola düşüb

Türkmənlərin göndərdiyi yardım

Son yeniləmə: 15 Fevral 2023 15:59

BAYRAQDAR MEDİA – Əsrin fəlakəti olaraq xarakterizə edilən 6 fevral Kahramanmaraş zəlzələsində ölənlərin sayı 35 mini keçib.

Bu arada türk dünyasından və dünyanın hər yerindən qardaş Türkiyəyə yardımlar göndərilir.

Kırım Haber Ajansının məlumatına görə, bu kontekstdə açıqlama verən Kərkük millət vəkili Ərşad Salihi İraq türkmənlərinin Türkiyənin tərəfində olduğunu bildirib.

O, sosial media hesabından etdiyi paylaşımda yazıb: “Ey xalqım, unutma ki, bizim Türkiyəyə sədaqət borcumuz var. İndi o borcu ödəməyin vaxtıdır. Yaralarımızı sağaldanları sağaltmaq vaxtıdır. Biz birlikdə güclüyük”.

Məlumata əsasən, artıq İraq türkmənlərinin topladığı yardım materiallarını daşıyan 14-cü yük maşını fevralın 14-də Türkiyəyə yola düşüb.

Mission News Theme by Compete Themes.