Press "Enter" to skip to content

Osman Zolan: Bütün qüvvələrimizi səfərbər etmişik

Denizli Bələdiyyə Məclisinin iclası

Son yeniləmə: 20 Fevral 2023 16:28

BAYRAQDAR MEDİA – “Zəlzələnin ilk günündən dəstək üçün bütün qüvvələrimizi səfərbər etmişik”.

Bunu Denizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolan Bələdiyyə Məclisinin fevral ayı üzrə toplantısındakı çıxışı zamanı deyib.

Bələdiyyədən verilən məlumata görə, O.Zolanın təklifi ilə öncə zəlzələdə həyatlarını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Fatihə surəsi oxunub.

İclasda çxış edən O.Zolan 9 gün ərzində zəlzələ bölgəsində olduğunu deyib və bununla bağlı təəssüratlarını bölüşüb. O, zəlzələ xəbəri alınan kimi Böyükşəhər yanğınsöndürmə briqadasının axtarış-xilasetmə qruplarının ilk olaraq bölgəyə gəldiyini və dağıntılar altından 36 nəfərin həyatını xilas etdiyini xatırladıb.
Zəlzələdən sonra Hataya getdiyini deyən O.Zolan burada Denizli Böyükşəhər Bələdiyyəsinin gördüyü işlər barədə ətraflı danışıb.

O.Zolan, həmçinin, “Böyükşəhər Bələdiyyəsi olaraq bir çox nöqtədə səy göstərdik. Biz bütün imkanlarımızı səfərbər etmişik, nə lazımdırsa, etmişik” deyib.

Mission News Theme by Compete Themes.