Press "Enter" to skip to content

Aziz Mahmud Hüdayi Fakfı zəlzələ bölgəsində

Aziz Mahmud Hüdayi Fakfi yardımlarını davam etdirir

Son yeniləmə: 22 Fevral 2023 12:15

BAYRAQDAR MEDİA – Türkiyədə zəlzələ bölgəsində yardımlar davam edir. Yardım edən təşkilatlar arasında Aziz Mahmud Hüdayi Fakfı da var. Fakf zəlzələ qurbanlarının yaralarının sağalması üçün təbii fəlakətin baş verdiyi bölgədə işlərini davam etdirir.

Fakfdan verilən məlumata görə, Kahramanmaraşda iki böyük zəlzələdən sonra fəlakətdən zərər çəkənlərin ehtiyaclarını qarşılamaq üçün ilk gündən fəaliyyətə başlayıblar: “Hüdayi Fakfı 650 min öyün yemək, 30 TIR su, 59 TIR ərzaq, 28 TIR müxtəlif məhsullar, 18 TIR kömür, 16 TIR adyal, 19 TIR geyim, 15 TIR gigiyenik məhsullar, 12 TIR odun, 12 TIR soba, 2 TIR xalça, 7 TIR un, 750 min ədəd çörək, 2000 yataq, 1750 elektrik qızdırıcısı, 1000 qaz balonu, 1000 qaz plitəsi, 500 yuxu tulumu, 12 mobil sanitar qovşağı, 70 bağlama dərman, 150 çadır, 23 konteyner və 18 su çəni zəlzələ bölgəsinə göndərib. Digər tərəfdən, qurum Kahramanmaraş, Hatay, Adıyaman və Malatya şəhərlərində yerləşən “aş evi” və könüllüləri ilə zəlzələ qurbanlarına xidmət göstərir”.

Qeyd edək ki, zəlzələ bölgəsində ən mühüm ehtiyaclardan biri zəlzələdə evlərini itirənlər üçün yeni yaşayış məntəqələrinin tikilməsidir: “Aziz Mahmud Hüdayi Fakfı AFAD ilə koordinasiyalı olaraq onlarla zəlzələ qurbanına sığınacaq verəcək konteyner məskunlaşma mərkəzləri inşa edir. Layihə çərçivəsində inşa ediləcək 21 kvadratmetrlik konteynerlərdə 2 otaq, hamam-tualet, mətbəx və elektrik su qızdırıcısı olacaq”.

Mission News Theme by Compete Themes.