Press "Enter" to skip to content

Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı

Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu

BAYRAQDAR MEDİA – Fevralın 24-də xarici işlər naziri Ceyhun Bayramov və qardaş Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən bildirilib ki, telefon danışığı zamanı Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər, habelə yaxın zamanlarda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə edilib.

Nazirlər həmçinin bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıblar.

Mission News Theme by Compete Themes.