Press "Enter" to skip to content

“StartupFest Gəncə” proqramının final tədbiri keçirilib

Tədbir zamanı

Son yeniləmə: 16 May 2023 16:57

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində Gəncə- Daşkəsən iqtisadi rayonunu əhatə edən “StartupFest Gəncə” proqramının final tədbiri keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayn 16-da “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirakçılara və komandalara innovasiyaların, startapların inkişafı, bu istiqamətdə həyata keçirilən dəstək tədbirləri barədə məlumat verib: “Eyni zamanda Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri MakDeyqan, Gəncə şəhərində yerləşən ali məktəblərin rəsmiləri də çıxış ediblər. Vurğulanıb ki, tədbirin Gəncə şəhərində keçirilməsi məhz region gəncləri üçün innovativ düşüncə tərzinin formalaşdırılması, qlobal trendlərin izlənilməsi və startap ekosisteminin inkişafı baxımından önəmli xarakter daşıyır”.

Məlumata əsasən, 2 ay davam edən “StartupFest Gəncə” proqramı çərçivəsində startap ideyaları olan 70-dən artıq komanda, 200-dən çox gənc müraciət edib və ilkin mərhələdə seçilən 12 komandaya 8 müxtəlif moduldan ibarət akselerasiya proqramı keçirilib: “Modullar çərçivəsində komandalar təlimlərdən əldə etdikləri bilikləri startap ideyaları üzrə prototiplərin hazırlanmasında istifadə ediblər. Tədbirdə startap komandaları ideyalarını təqdim edib və jürilər tərəfindən qiymətləndiriblər. Jürilərin səsverməsi nəticəsində qalib seçilən komandalara hədiyyələr təqdim edilib”.

Mission News Theme by Compete Themes.