Qazaxıstan Parlamenti Senatının sədri də mərasimdə iştirak edib
BAYRAQDAR MEDİA – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin tapşırığına əsasən, Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev Misirdə Beybarıs Sultan məscidinin açılış mərasimində iştirak edib.
Bu barədə Aikyn.kz məlumat yayıb.
Bildirilib ki, tədbir məşhur hökmdarın 800 illik yubileyi münasibətilə təşkil olunub.
Mərasimdəki çıxışında Məulen Aşımbayev Sultan Bəybarısın adının dünya tarixinə müdrik və ədalətli hökmdar, böyük sərkərdə kimi qızıl hərflərlə yazıldığını qeyd edib. O, həmçinin vurğulayıb ki, Beybarısın 800 illik yubileyi qazax xalqı və misirlilər üçün çox mühüm hadisədir.
Məlumata əsasən, səfər çərçivəsində Maulen Aşimbayev Misir Parlamenti Senatının sədri Abdel Vahab Abdel Razek ilə də görüşüb. O, görüşdə Misirin Qazaxıstanın İslam dünyasında mühüm və etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Senatın sədri bildirib ki, qarşılıqlı əməkdaşlığın artırılmasında parlamentlərarası kommunikasiyanın rolu mühümdür.





