Press "Enter" to skip to content

Almatıda Zəfər Günü münasibətilə tədbir keçirilib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Noyabrın 8-də Qazaxıstanın Almatı şəhərində Azərbaycanda Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Qazaxıstanın Xarici İşlər Nazirliyinin Almatı şəhərindəki nümayəndəliyinin rəhbəri, Almatı şəhərində yerləşən diplomatik korpusun, Qazaxıstanda yaşaya azərbaycanlılar və Qazaxıstanın ictimai xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan səfir A.Atamoğlanov şanlı Zəfər bayramı haqqında qonaqlara ətraflı məlumat verib, 8 noyabr-Zəfər Gününün Azərbaycan xalqının iradəsinin və gücünün təntənəsinə çevrildiyini qeyd edib.

Daha sonra Qazaxıstan XİN-in Almatı şəhərində nümayəndəliyinin rəhbəri Bakıtjan Buleqenov çıxış edərək, Dövlət Bayrağı Günü və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbriklərini çatdırıb. O, ərazi bütövlüyünün bərpasının beynəlxalq hüquq normalarına və BMT-nin müvafiq sənədlərinə tam uyğun olduğunu və Azərbaycan xalqının ədalətli və tarixi əhəmiyyətli nailiyyət olduğunu qeyd edib. Qazaxıstanın Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafından bəhs edib.

Mission News Theme by Compete Themes.