Press "Enter" to skip to content

Halkalıda Zəfər tədbiri

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan Qafqaz Tarixi Mərkəzi və Halkalı Fən Elmləri Mərkəzi tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə İstanbul şəhərində yerləşən Halkalı Fən Elmləri Mərkəzində Elmi Konfrans keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Qafqaz Tarixi Mərkəzinin Türkiyə rəhbəri, ehtiyyatda olan polkovnik Akif Qasımov məlumat verilib.

Bildirilib ki, tədbiri giriş sözü ilə açan Halkalı Fən Elmləri Mərkəzinin rəhbəri Taner Korhan Azərbaycanın Zəfər günü barədə qısa məlumat verib: “Daha sonra Ulu öndər Heydər Əliyevin, Qazi Mustafa Kemal Atatürkün və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib”.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Mərasimdə çıxış edən Akif Qasımov Vətən müharibəsinin Azərbaycan tarixinin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildiyini deyib: “Təqdimatda Azərbaycan ordusunun inkişafında Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində görülmüş işlər, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir ordu islahatları barədə ətraflı məlumatlar verilib”.

Elmi konfransda həmçinin Kiçikçekmece Türk Kızılay rəhbəri Hüseyin İpek, Kiçikçekmece AK Parti rayon rəhbərinin müavini Cengiz Kızıldag, Kiçikçekmece MHP rayon təşkilatı rəhbəri Haydar Güney, Kiçikçekmece BBP rayon rəhbəri Mehmet Cem Özel və digər şəxslər çıxış edərək Azərbaycan ordusunun qəhrəmanlığını və şücaətini qeyd ediblər.

Tədbirdə Azərbaycan məktəbinin şagirdləri Azərbaycanla bağlı şeirlər söyləyib və Qarabağ Zəfəri ilə əlaqədar video çarxlar nümayiş olunub. Tədbirin sonunda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirilib.

Mission News Theme by Compete Themes.