Press "Enter" to skip to content

“Nar”dan “Dinlət” xidməti

“Dinlət” yeni funksiyalarla təkmilləşdirilib

Son yeniləmə: 6 Dekabr 2023 12:08

BAYRAQDAR MEDİA – Hər zaman müştəriyönümlülük və sərfəli qiymət strategiyasına sadiq qalan “Nar” öz abunəçiləri üçün yenilənmiş “Dinlət” xidmətini təqdim edir. Bir zamanların ən çox istifadə edilən xidmətlərindən biri olan “Dinlət” yeni funksiyalarla təkmilləşdirilib.

İndi “Nar” abunəçiləri ayda cəmi 1.8 manat ödəniş etməklə “Dinlət” parçasını istənilən sayda aktivləşdirə biləcək. Xidmətə qoşulmaq üçün www.dinlet.az platformasındakı parçalardan istədiyinizi seçib *185*DinlətKodu#YES yığmaq kifayətdir.

Qeyd edək ki, “Dinlət” xidmətinə qoşularaq sizə zəng edənlərə standart zəng səsi əvəzinə sevdiyiniz musiqi parçalarını, fərqli melodiyaları, əyləncəli replikaları və s. dinlədə biləcəksiniz.

Mission News Theme by Compete Themes.