BAYRAQDAR MEDİA – Quzey Makedoniyada Tetovo mərkəzli ALACA Dərnəyi Urviç kəndində türkcə kurslarına başlayıb.
Yeni Balkana Dərnəkdən verilən açıqlamada bu fəaliyyətin türk kimliyinin yaşaması üçün əhəmiyyət daşıyan bir fəaliyyət olduğu bildirilib.
Açıqlamada deyilir: “Bu gün MATÜSİTEB-in himayəsi ilə biz ALACA Dərnəyi olaraq Kalkandelen Boqovinye Bələdiyyəsinin Urviç kəndində türkcə kurslarına başlamışıq. Urviclilər türkcə öyrənmək üçün illərdir gözləyirlər. Kəndə girdiyiniz zaman sizi qarşılayan türk bayraqları ilə örtülmüş evlər var. Ay-ulduzların işığı altında bizə tapşırılan bu müqəddəs borcumuzu yerinə yetirməyə çalışacağıq. Bu işin ən çətin hissəsi olan müəllimlik hissəsini üzərinə götürən dəyərli müəllimimiz Merita Mustafaya uğurlar arzulayırıq”.









