Press "Enter" to skip to content

“Nar” və “NETTY” Azərbaycanın ən yaxşı internet təşəbbüslərini mükafatlandırıb

20 layihə qalib seçilib

Son yeniləmə: 20 Dekabr 2023 12:17

BAYRAQDAR MEDİA – Azərbaycanda öncül internet təşəbbüsləri dəstəkləmək məqsədilə, “Nar” və “NETTY” ilin ən yaxşı internet layihələrini mükafatlandırdı. Ekspertlər Şurasının seçimi və internet istifadəçilərinin səsverməsi ilə 20 layihə qalib seçildi.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, budəfəki müsabiqədə layihələr “Dövlət və elektron hökumət”, “Sosial məsuliyyət və cəmiyyət”, “Biznes və sahibkarlıq” və digər nominasiyalar üzrə qalib oldu. Qaliblər haqqında ətraflı məlumatı netty.az/az/winners səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, “Nar” yüksək keyfiyyətli rabitə xidməti təqdim etməklə yanaşı, həm də yerli İKT bazarının inkişafı istiqamətində ardıcıl layihələr həyata keçirir.

2004-cü ildən təsis edilmiş Netty İnternet Mükafatı da 2018-ci ildən bəri “Nar”la əməkdaşlıq edir və hər il qlobal şəbəkənin Azərbaycan seqmentində yaradılan layihələrin ən yaxşılarını mükafatlandırır.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Mission News Theme by Compete Themes.