Press "Enter" to skip to content

Xocalı və Xankəndi sakinləri 2024-cü ildə evlərinə dönəcək – VİDEO

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – Uzun illər Ermənistanın işğalı altında qalmış və 2023-cü ilin 19-20 sentyabrında bir sutkadan da az çəkmiş lokal antiterror əməliyyatı nəticəsində tam azad edilmiş Xocalı və Xankəndi 2024-cü ildə öz sakinlərini qəbul edəcək.

Bu haqda xəbər Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalq müraciətində səslənib.

Prezident bildirib ki, Xankəndi və Xocalıdan olan məcburi köçkünlər də 2024-cü ildə öz doğma evlərinə qayıdacaqlar.

Qeyd edək ki, Prezidentin müraciəti ənənəvi olaraq dekabrın 31-dən yanvarın 1-nə keçidin sonuncu saatında bütün TV kanallarında yayımlanıb.

Mission News Theme by Compete Themes.