Press "Enter" to skip to content

Türkmeneli TV əməkdaşlarına “Vizual media təlimi”

Təlimdən xatirə fotosu

Son yeniləmə: 23 Fevral 2024 15:50

BAYRAQDAR MEDİA – Türkiyənin dəstəyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə Radio Televiziya Qurumunun (TRT) əməkdaşlığı ilə həyata keçirilən mühüm təlim proqramı başa çatıb.

Türkmeneli TV xəbər verir ki, təlim 16-21 Fevral 2024-cü il tarixləri arasında Kərkükdə keçirilib.

Məlumata görə, “Vizual media informasiya tətbiqləri təlimi” Türkmeneli TV əməkdaşları üçün keçirilib: “Təlim proqramı METEP çərçivəsində təşkil olunub. Proqramın məqsədi iştirakçılara vizual media və informatika sahəsində qabaqcıl bacarıqlar vermək və bu sahədəki yenilikləri izləmək imkanı yaratmaq idi. Təlim zamanı iştirakçılar müxtəlif fənlər üzrə ekspert təlimatçılardan dərslər alıb, interaktiv tədqiqatlarla praktiki təcrübə qazanıblar”.

Mission News Theme by Compete Themes.