Press "Enter" to skip to content

Türk Mədəniyyəti və İrsi Fondu Youtube kanalını təqdim edir – VİDEO

Turk Discovery

BAYRAQDAR MEDİA – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi türk dünyasının maddi-mədəni irsi, qədim adət-ənənələri və milli dəyərlərinə dair proqramların, verilişlərin, sənədli filmlərin yayımlanacağı “Turk Discovery” Youtube kanalını təqdim edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.

Xəbərdə deyilir ki, “bu genişmiqyaslı layihə türk xalqlarının sərvətlərinin qlobal auditoriyaya çatdırılmasına töhfə vermək məqsədi ilə həyata keçirilir. Layihənin rəhbəri və siması Fondun dəvəti ilə tanınmış Qazaxıstanlı jurnalist Maya Bekbayevadır. Layihənin ilk buraxılışı “Novruz – qədim türk bayramının dirçəlişi” sənədli filmidir”.

Sonra xəbərdə, “filmin elmi rəhbəri və ssenarisinin həmmüəllifi dövlət və siyasi xadim, diplomat, alim, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının nümayəndəsi Həsən Həsənovdur. Çəkiliş qrupu Özbəkistan, Qırğızıstan və Azərbaycanda olub. Çəkilişlərin əksəriyyəti Bakı və Azərbaycanın əhəmiyyətli tarixi yerlərində aparılıb. Filmdə hər bir türk ölkəsində Novruz bayramının özünəməxsus, fərqli xüsusiyyətləri göstərilir. Layihənin məqsədi türk xalqları arasında həmrəyliyi daha da gücləndirməkdir. Layihə komandası maraqlı və keyfiyyətli məzmun yaratmaq üzərində işləməyə davam edir. Hazırda Mahmud Kaşqarinin türk ləhcələrinin toplusu olan “Divani lüğət it-türk” adlı əsərindən bəhs edən sənədli film hazırlanır. Qeyd edək ki, bu toplunun 950 illiyi 2024-2025-ci illər üzrə UNESCO çərçivəsində qeyd olunur” deyə bildirilir.

Mission News Theme by Compete Themes.