Press "Enter" to skip to content

Batı Trakya türkləri də seçkilərə hazırlaşır

Çiğdem Asafoğlu

Son yeniləmə: 7 May 2024 09:40

BAYRAQDAR MEDİA – İyunun 9-da Yunanıstanda Avropa Palamentinə seçkiləri keçiriləcək. Bu seçkilərə Batı Trakya türkləri də hazırlaşır.

Bunu Batı Trakyanın Dostluq Bərabərlik və Sülh Partiyasının sədri Çiğdem Asafoğlu deyib.

Musaköydə keçirilən Hıdırellez Bahar Şənliklərində çıxış edən sədr iyunun 9-da keçiriləcək Avropa Parlamentinə seçkilərdə partiya olaraq iştirak edəcəklərini və işlərinin intensiv şəkildə davam etdiyini bildirib.

Millet Gazetesinin məlumatına görə, Ç.Asafoğlu əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdən də qalib çıxacaqlarına inandıqlarını bildirib.

O, iyunun 9-na keçən gecənin Batı Trakya Türk Azlığının bayram gecəsi olacağını bildirib: “İyunun 9-na keçən gecəni partiyamızın rənglərinə boyayacağıq və “Batı Trakya Azlığı Türk Azlığı” deyəcəyik” .

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.