Press "Enter" to skip to content

Fars-molla rejimi Məkkəni siyasət meydanına çevirir

Əli Xameneyi

BAYRAQDAR MEDİA – Mayın 6-da fars-molla rejiminin idarə etdiyi İranın dili rəhbəri Əli Xameneyinin həcc mərasimi zamanı iranlı zəvvarları İsrailə qarşı aksiyalar keçirməyə dəvət etməsi geniş etirazlara yol açıb.

Bu barədə “Azad İran” Telegram kanalı məlumat verib.

Xəbərdə deyilir ki, “aralarında məşhur ruhanilərin də olduğu minlərlə iranlı Səudiyyə Ərəbistanına müraciət göndərib. Onlar Xameneyinin çağırışını “təxribata dəvət” adlandıraraq İran hökumətinin dini mərasimdən siyasi məqsədlər üçün istifadə etməyə çalışdığını yazıblar. Müraciətçilər Ər-Riyaddan müsəlmanların müqəddəs məkan və alimlərini aksiya üçün istifadə cəhdlərinə icazə verməməyə çağıriblar. Onlar Tehranın əməllərinin İslama və müsəlmanlara utanc gətirdiyini deyib, iranlıların Səudiyyə Ərəbistanına səfərlərinə qadağa qoyulmasını istəyiblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.