Press "Enter" to skip to content

Mehmetçikdən Kosova əsgərlərinə “Atıcı” təlimi

Təlim zamanı

Son yeniləmə: 8 May 2024 13:57

BAYRAQDAR MEDİA – NATO-nun Kosova Sülh Qüvvələrində (KFOR) xidmət edən Türkiyə Nümayəndə heyəti Kosovo Təhlükəsizlik Qüvvələrinin (FSK) əsgərlərinə “Vuran” çoxməqsədli zirehli maşının təhlükəsiz və effektiv istifadəsi ilə bağlı təlim keçib.

Bu barədə timebalkan.com saytı məlumat yayıb.

Xəbərdə deyilir ki, FSK-dan verilən açıqlamada Türkiyə ordusu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təlimin FSK əsgərlərinin döyüş qabiliyyətini artırmaq məqsədi daşıdığı bildirilib: “Açıqlamada, “Türkiyə ordusunun təlimatçıları “Vuran” avtomobillərinin təhlükəsiz və effektiv istifadəsi ilə bağlı təlimlər keçib. FSK inkişaf planı əsasında öz imkanlarını artırır və beynəlxalq tərəfdaşların dəstəyi ilə NATO ordularının ən yüksək standartlarına yüksəlir”. ifadəsi işlədilib”.

Məlumata əsasən, 1999-cu ildən Kosovada KFOR tərkibində xidmət edən türk əsgərləri FSK-nın silahlı qüvvələrə çevrilməsi prosesinə müxtəlif töhfələr verib. Bundan əlavə, FSK-nın hərbi inventarında çoxməqsədli zirehli maşın “Vuran” kimi bir çox türk məhsulu var.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.