Press "Enter" to skip to content

Zəngilan və Cəbrayılda kardioloji müayinələr

Müayinə zamanı

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında müxtəlif istiqamətlərdə kompleksli tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Nazirliyin təşkilatçılığı ilə növbəti belə tədbir mayın 8-də keçirilib. Aksiya zamanı SN akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Zəngilan rayonun Ağalı kəndində əhali üçün kardioloji müayinələr təşkil edilib. Həmçinin, İnstitutun təcrübəli həkimləri tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də əhalinin tibbi müayinələri keçirilib. Tədbirin əsas məqsədi vətəndaşları ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicələrin təyin edilməsidir. Aksiya çərçivəsində ETKİ-nin kardioloq, nevropatoloq, endokrinoloq, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspress üsul ilə xolesterinin səviyyəsi təyin olunub”.

Sonra xəbərdə, “aksiya zamanı Ağalı kəndində 250-ə yaxın, Cocuq Mərcanlı kəndində isə 150-dən artıq vətəndaş müayinələrdən keçirilib. Ehtiyacı olan vətəndaşlara isə paytaxta invaziv müayinə üçün göndərişlər verilib. Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı, eyni zamanda yüksək təzyiq və ürək tutması zamanı ilk tibbi yardımın göstərilməsinə dair Zəngilan və Cəbrayıl ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub” deyə bildirilir.

Xəbərdə həmçinin qeyd edilir ki, “İnstitutun direktoru, Prof. Gülnaz Dadaşova ətraflı təqdimatla çıxış edib. Direktorun sözlərinə görə, ETKİ-də ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri hazırlanır. Bu səbəbdən, işğaldan azad olunmuş ərazilərdə aparılan müayinələr xüsusi əhəmiyyət kəsb edir və əldə olunan nəticələr milli registrə əlavə olunacaq. Registrin yaradılması respublikada ürək-damar sistemi xəstəliklərinin qarşısını almağa, erkən diaqnostika və statistik araşdırılmasına imkan və bu artımın azaltmağa zəmin yaranacaq. Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb”.

Qeyd edək ki, Nazirlik tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.