Press "Enter" to skip to content

Həkimlər ürəyi dayanan xəstəni həyata qaytarıb

Həkimlər ürəyi dayanan xəstəni həyata qaytarıb

BAYRAQDAR MEDİA – Aqonal vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılan 1961-ci il təvəllüdlü şəxsin ürəyinin dayandığı müşahidə edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “həyati təhlükəni ortadan qaldırmaq üçün həkimlər dərhal ilkin tibbi yardıma başlayıblar. Təcili tibbi yardım şöbəsinin iki həkimi – Vüsal RüstəmliPərviz Əlizadə növbəli şəkildə fasiləsiz ürək masajı ediblər”.

Sonra xəbərdə, “hər keçən dəqiqə həyati təhlükəli olsa da, onlar xəstəni həyata qaytara biliblər. Təxminən 10 dəqiqədən artıq davam edən bu mübarizə nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa edilib”.

Kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu ilə tibb müəssisənin Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti hazırda ağır stabil qiymətləndirilir.

Mission News Theme by Compete Themes.