BAYRAQDAR MEDİA – ADY bu ilin ilk 3 ayında ümumilikdə 41,3 min TEU (Twentyfoot Equivalent Unit – 20 futluq ekvivalentdə bir konteyner) konteyner yükü, o cümlədən 20 min TEU konteyner tranzit yükü daşıyıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya ADY-dən məlumat verilib.
Bildirilib ki, “ümumi yük həcmi ötən ilin eyni dövrü üzrə göstəricini 55 faiz, tranzit yük həcmi isə 59 faiz üstələyib.
2024-cü ildə 114 min TEU konteyner yükü daşınıb ki, bunun 55,4 min TEU konteynerini tranzit yükü təşkil edib. 2021-ci illə müqayisədə ötən il daşınmış ümumi yükün həcmi 60 faizdən çox artıb”.





