Press "Enter" to skip to content

“İnşaat Həftəsi”ndə müxtəlif layihələr həyata keçiriləcək

Şahənə Sarı

Şahənə Sarı: Assosiasiya mütəmadi olaraq dünyadakı inşaat sektoru ilə bağlı yenilikləri və üzv şirkətlərin yeniliklərini digər şirkətlər arasında paylaşır

BAYRAQDAR MEDİA – Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) növbəti dəfə ölkəmizdə “İnşaat Həftəsi” keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 dekabr 2009-cu il Fərmanına əsasən 10 aprel “İnşaatçılar Günü” olaraq hər il qeyd edilir.

Bu barədə aprelin 3-də ATMİA-da keçirilən mətbuat konfransında məlumat verilib.

ATMİA Baş Katibi Şahanə Sarı mətbuat nümayəndələrinə açıqlamasında bildirib ki, “İnşaat Həftəsi” çərçivəsinə hər zaman olduğu kimi, bu il də sistemli işlər həyata keçiriləcək: “Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası ilə uzunmüddətli strateji əməkdaşlığa dair memorandum imzalanacaq, ATMİA Avprova Mühəndislik Cəmiyyətinə Üzvlüyə qəbul ediləcək. Bundan əlavə “İnşaat Həftəsi” çərçivəsində “Mətanət A” Şirkətlər Qrupu tərəfindən Azərbaycanda ilk dəfə istehsal edilən İNOVEX oda və nəmə davamlı fasad lövhələrinin təqdimatının keçirlməsi nəzərdə tutulur. İNOVEX fasad lövhələri innovativ yaşıl inşaat texnologiyasına əsaslanaraq istehsal olunan unikal məhsuldur. Kərpic, mişar daşı, hörgü blokları və s.ilə müqayisədə layihələrin daha sürətli icrasına səbəb olacaq, həmçinin memar və dizaynerlərin dünya təmir tendensiyasına uyğun individual təmir həllərini asanlıqla tətbiq etməsinə imkan verəcək. İNOVEX yaşıl inşaat texnologiyası ilə istehsal edilir, istifadəsi rahatdır, ekoloji sağlamdır”.

Şahanə Sarı qeyd edib ki, Assosiasiya mütəmadi olaraq dünyadakı inşaat sektoru ilə bağlı yenilikləri və üzv şirkətlərin yeniliklərini digər şirkətlər arasında paylaşır: “Bu da sahibkarların sürətli şəkildə maariflənməsinə və dünya təcrübəsinin ölkəmizə sürətlə inteqrasiya etməsinə nail olur. 2017-ci ildə yaradılan Assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına dəstək vermək, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdir”.

Mission News Theme by Compete Themes.