Press "Enter" to skip to content

Qrant müsabiqələrinin qalibləri ilə görüş

Görüşdə müsabiqə qalibləri təbrik edilib, QHT rəhbərlərinin sualları cavablandırılıb, gözləntilər diqqətə çatdırılıb

BAYRAQDAR MEDİA – Aprelin 3-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçirilib.

Tural Əliyev çıxış edərkən
Tural Əliyev çıxış edərkən

Bu barədə Agentlikdən məlumat verilib.

Elşad Məmmədli
Elşad Məmmədli

Məlumata görə, görüş Aprel şəhidləri də daxil olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş Vətən övladlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.

Aygün Əliyeva çıxış edərkən
Aygün Əliyeva çıxış edərkən

Məlumatda deyilir ki, görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və digər məsul şəxslər iştirak ediblər.

Tədbir zamanı
Tədbir zamanı

Görüşdə müsabiqə qalibləri təbrik edilib, QHT rəhbərlərinin sualları cavablandırılıb, gözləntilər diqqətə çatdırılıb.

Görüşdə 400 nəfərə yaxın QHT rəhbəri iştirak edib.

Mission News Theme by Compete Themes.