Ersin Tatar Nazirlər Kabinetini məlumatlandırıb
BAYRAQDAR MEDİA – KKTC Cümhurbaqanı Ersin Tatar BMT Baş katibinin Kıbrıs üzrə şəxsi nümayəndəsi Maria Angela Holguin ilə keçirdiyi görüş barədə Nazirlər Kabinetinə məlumat verib.
Bu barədə kibrisgenctv.com saytının məlumatında qeyd edilib.
Bildirilib ki, “parlamentdə təmsil olunan siyasi partiya rəhbərləri ilə görüşən Tatar, günün ikinci yarısında Nazirlər Kabineti ilə də bir araya gəlib. Baş nazirlikdə keçirilən və Ersin Tatarın sədrliyi ilə reallaşan iclas təxminən iki saat davam edib. Ersin Tatar iclasdan çıxarkən mətbuata qısa açıqlama verib”.
Məlumata görə, E.Tatar mart ayındakeçirilmiş və razılıqla nəticələnmiş 5+1 formatlı görüşdən sonra Holguin’in yenidən təyin edildiyini xatırladıb: “E.Tatar, iyulda keçirilməsi planlaşdırılan növbəti 5+1 görüşünə hazırlıq görülərkən, Güney Kıbrıs Rum İdarəsinin əmlak məsələsində gözlənilmədən təcavüzkar mövqe sərgiləməsinin qəbuledilməz olduğunu və bunu Holguinə də dediyini bir daha vurğulayıb. Güney Kıbrısın yaratdığı gərginliyin KKTC-ni narahat etdiyini bildirən E.Tatar, BMT Baş katibinin məsələyə müdaxilə etməsi üçün “Holguinə dedim ki, bu məsələ ilə bağlı Baş katiblə danışmalıdır”, – deyə qeyd edib”.
Ankarayla da əlaqə saxladığını bildirən Ersin Tatar, Türkiyə xarici işlər naziri Hakan Fidanın da Holguinlə görüşündə bu məsələləri gündəmə gətirdiyini deyib.
E.Tatar prosesin ən yaxşı şəkildə idarə olunması üçün proaktiv həll yolları üzərində çalışdıqlarını deyib.





