BAYRAQDAR MEDİA – Yozgatda Akdağmadeni Bələdiyyəsinin nəzdində fəaliyyət göstərən “Bizin Ev” Uşaq Bağçası tədris ilinin sonunda təşkil olunan şənliklə yadda qalıb.
Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.
Bildirilib ki, “Kadıpınarı Təbiət Parkında keçirilən tədbirdə şagirdlər, müəllimlər və valideynlər bir araya gəlib. Bələdiyyə başçısı Dr. Nezih Yalçın tədbirə qatılaraq uşaqların sevincini paylaşıb. Tədbirdə müxtəlif oyunlar və yarışmalar keçirilib, proqram hədiyyələr və xatirə şəkilləri ilə başa çatıb”.





