Press "Enter" to skip to content

IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası keçirilir

BAYRAQDAR MEDİA – İyunun 18-də Bakıda Avropadaxili Vergi AdministrasiyalarıTəşkilatının (IOTA) 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb. “Sürətlə dəyişən mühitdə adaptive və çevik vergi administrasiyası” mövzusunda keçirilən texniki sessiyaya IOTA üzvü olan 40-dan çox ölkənin vergia dministrasiyalarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və digər qonaqlar qatılıblar.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, “texniki sessiyanın açılışında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DövlətVergi Xidmətinin rəisi Orxan Nəzərli çıxış edərək iştirakçıları salamlayıb, təşkilatın qabaqcıl təcrübə və rəqəmsal texnologiyaların tətbiqi sahəsində rolunu vurğulayıb. IOTA Prezidenti qeyd edib ki, dünyada vergi administrasiyalarının qarşısında olan çağırışlar – texnoloji dəyişikliklər, qlobal ticarətin transformasiyası, vergi davranışındakı dəyişikliklər daha çevik idarəetməni tələb edir. Bakıda keçirilən sessiya bu istiqamətdə müzakirələrə həsr olunub”.

Məlumata görə, sessiyada vergi inzibatçılığında innovasiyaların tətbiqi, rəqəmsal transformasiya, süni intellektin vergi inzibatçılığında tətbiqi, vergiödəyiciləri ilə münasibətlərin təkmilləşdirilməsi və digər aktual mövzularda təqdimatlar və müzakirələr keçirilir: “İki gün davam edəcək texniki sessiya çərçivəsində iştirakçılar arasında təcrübə mübadiləsi aparılacaq, beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni təşəbbüslər müzakirə olunacaq. Texniki sessiya çərçivəsində üzv dövlətlərin innovativ texnologiyalar sahəsində nailiyyətlərindən ibarət sərgi də keçirilir. Sərgidə Azərbaycan tərəfi Dövlət Vergi Xidmətinin media və kommunikasiya, vergi risklərinin və insan resurslarının idarə edilməsi sahəsində innovativ layihələrini əks etdirən stendləri ilə təmsil olunur”.

Mission News Theme by Compete Themes.