Press "Enter" to skip to content

Gəncədə İctimai Dinləmə olacaq

Gəncədə İctimai Dinləmə olacaq

BAYRAQDAR MEDİA – İyulun 3-ü saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən Gəncə şəhərində İctimai Dinləmə keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək dinləmə “Himayədar ailə” qayğı modeli mövzusuna həsr olunacaq. İctimai dinləmədə iştirak etmək istəyənlər Agentliyin (012) 525-41-30 (daxili 5264) telefon nömrəsinə zəng etməli, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərməli, sosial şəbəkə hesablarına müraciət etməli, yaxud Gəncə-Daşkəsən regional filialına yaxınlaşmalıdırlar”.

Mission News Theme by Compete Themes.