BAYRAQDAR MEDİA – Kayseri şəhər mərkəzindəki yüksək temperatur və rütubət, xüsusilə bu iqlimə alışmamış sakinləri çətin vəziyyətə salır. İmkanlı vətəndaşlar yay mövsümünün başlanması ilə birlikdə şəhərin yüksək ərazilərindəki bağ evlərinə köçərək sərin iqlimdə yaşamağa üstünlük verirlər.
Bu barədə kayserianadoluhaber.com.tr məlumat yayıb.
Məlumata görə, belə bir imkanı olmayan, iqtisadi çətinliklər səbəbindən şəhərdə qalan bir çox insan üçün yeganə çıxış yolu axşam saatlarında sərin məkanlara yönəlmək olur: “Günəşin təsiri azaldıqdan sonra başda Recep Tayyip Erdoğan Millət Bağçası və Talas Millət Bağçası olmaqla, bir çox park və istirahət məkanları dolub-daşır”.
Məlumatda deyilir ki, axşam saatlarında bu bölgələrdə demək olar ki, insan seli yaşanır: “Ailələr uşaqları ilə birlikdə sərin nəfəs almaq üçün bu yerlərə axın edir. Xüsusilə həftə sonları oturacaq yer tapmaq belə çətinləşir”.





