Press "Enter" to skip to content

Yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar edilib

Yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar edilib

BAYRAQDAR MEDİA – Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (DETX) əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi və İmişli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DETX-dən daxil olub.

Xəbərdə deyilir ki, “araşdırma zamanı ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 18 min 720 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.

Mission News Theme by Compete Themes.